Azərbaycan və Qətər arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Bakıda səfərdə olan Qətər dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulait ilə görüşü olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qətər nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Nazir Şahin Mustafayev sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanlarına dair fikirlərini bölüşüb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna və böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Cassim Saif Əhməd Al-Sulait ölkəmizə səfərindən və səmimi qəbuldan məmnunluğunu ifadə edib, dövlət başçıları tərəfindən əsası qoyulmuş Azərbaycan-Qətər əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Qətərin iqtisadiyyatı, ölkəsində həyata keçirilən layihələr barədə danışan Cassim Saif Əhməd Al-Sulait ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün imkanların olduğunu bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06