[ 16 Mart 2015 18:31 ]


Bakı – APA. Rusiyada həbsdə olan ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenko aclıq aksiyasını bərpa edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya İctimai Palatasının təhlükəsizlik komissiyasının rəhbəri Anton Tsvetkov deyib. “Mənim məlumatıma görə, gözlədiyim kimi, Nadejda Savçenko bu gün aclıq aksiyasını bərpa etdiyini bildirib”, - deyə o, söyləyib.   

 

Qeyd edək ki, baş leytenant N. Savçenko 2014-cü ilin iyulunda Donbassda separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Rusiya jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin ölümündə təqsirləndirilir.