Gəncə, 16 mart, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənlikdə xidmətdə fərqlənən hərbçilərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub, sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi proqramla çıxış edib.
Novruz şənliyində Kosa və Keçəl maraqlı nömrələrlə əsgərləri əyləndirərək, onlara bayram sevinci bəxş ediblər.
