Bakı, 16 mart, AZƏRTAC
Martın 17-də Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının qarşısındakı Gənclər meydanında ilaxır çərşənbəsi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bayram konserti keçiriləcək.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bayram konsertinin keçirilməsi ilə əlaqədar İstiqlaliyyət küçəsi və Azərbaycan prospektinin kəsişdiyi Əziz Əliyev küçəsi istiqamətinə gedən yol bütün gün bağlı olacaq.