Bakı. 16 mart. REPORT.AZ/ Qazaxda 4 gün əvvəl baş verən partlayışda ev sahibi xəstəxanada ölüb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki,  martın 12-də evində təbii qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət alan Qazax rayon sakini Abdulla Qasımov martın 15-də xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.