“TRT 1”də yayımlanan tarixi “Yedi güzel adam” serialı bitir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən ilin aprelindən nümayişə başlayan ekran işinin növbəti 5 seriyadan sonra yekunlaşacağı bildirilib.

Ssenarist Nevin Şahin serialın başa çatmasını “tamaşaçını bezdirmək istəməmələri” ilə əlaqələndirib.

Qeyd edək ki, “Pusula Film”in çəkdiyi “Yedi güzel adam”da Türkiyə tarixinin 1970-80-ci illərindən və türk ədəbiyyatının görkəmli nümayəndələri – Cahid Zərifoğlu, Mehmet Akif İnan, Ərdəm Bəyazid, Rasim Özdenören, Əli Kutlay, Nuri Pakdil və Əlaəddin Özdenörenin həyatından bəhs edilirdi.