Sosial şəbəkələrdə maraqlı foto yayılıb. Ötən il martın 4-də "VAZ-21043" markalı avtomobilin saatda 230 km sürətlə hərəkət etdiyini əks etdirən radar görüntülərini həmin avtomobilin sürücüsünə göndəriblər və sürücü bundan çox təəccüblənib.Maksimum sürəti saatda 180 olan "04"ü 230-la radara salıblar
Avtosfer.az-ın məlumatına görə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin göndərdiyi radar görüntülərindən belə aydın olur ki, həmin ərazidə maksimum sürət həddi saatda 100 km olduğu halda, "04" sürət həddini 230-a qaldırıb və radara düşüb. Hansı ki, digər fotoda gördüyünüz kimi, "04"ün maksimum sürət həddi 180-dən o yana deyil. Yəni, istehsalçı zavodun qoyduğu limit 180-ə qədər qalxır. Bunu da hər sürücü eləmir. Lakin görünür, DYP-də həmin avtomobilin modelindən, texniki parametrlərindən xəbərsiz olanlar da varmış.
Milli.Az

