Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub
Bakı, 16 mart, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil edilən təlim təbiətin oyanması, ağacların, bitkilərin çiçək açması, heyvanlar aləmində müşahidə olunan canlanma və yaz fəslinin ilk ayına münasib digər təbiət hadisələrinə həsr olunub.
Təlimin gedişində “gənc təbiətsevərlər”ə bitkilər üçün həyati əhəmiyyət kəsb edən fotosintez prosesi izah edilib, bir sıra güllərin daxili və xarici quruluşu haqqında ətraflı məlumat verilib. Uşaqlar üçün yaradılmış kiçik laboratoriyada onlar Novruz bayramının simvolu olan səməninin əkilməsi və yetişdirilməsinin sirlərinə yiyələnib, həmçinin təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesini müşahidə ediblər.
Laboratoriyanın ənənəsinə uyğun olaraq, mart təlimi zamanı uşaqlar üçün mövzuya uyğun müxtəlif əyləncəli və intellektual oyunlar təşkil edilib.
Mart laboratoriyası zamanı uşaqlar təbiət hadisələri haqqında faydalı biliklər əldə etməklə və əyləncəli gün keçirməklə yanaşı, milli adət-ənənələrimizlə daha yaxından tanış olublar.
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində təşkil olunan təlimlər barədə mütəmadi olaraq mətbuatda elanlar verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində təşkil olunan təlimlərdə iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə əlaqə saxlamaları xahiş olunur (497-63-16).
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10