Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Beynəlxalq ASSİTEJ-in yaranmasının 50 illik yubileyi çərçivəsində həyata keçiriləcək Teatr Günü münasibətilə bir sıra konfranslar, seminarlar, xüsusi tədbirlər baş tutacaq.
ASSİTEJ – Azərbaycan Milli Mərkəzi – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sözügedən tədbirlərdə ölkəmiz üçün ayrılmış guşədə ana dilimizdə hazırlanmış loqo və ASSİTEJ –Azərbaycan Milli Mərkəzinin fəaliyyətini əks etdirən foto- və videosərgi ilə təmsil olunacaqdır.
Məlumat üçün bildirək ki, Dünya uUşaqları və Gəncləri Teatr Gününün keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaq və gəncləri, eləcə də yeniyetmələri teatra cəlb etmək, teatr adlı sehrli aləm ilə onları daha yaxından tanış etməkdir.
Milli.Az