Bakı. 16 mart. REPORT.AZ/ Bakıda Avstraliya vətəndaşına qarşı soyğunçuluq edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandın 150 manatını və sənədlərini soyğunçuluq yolu ilə alan Yevlax rayon sakini, əvvəllər məhkum olunan Namaz Bəkirov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.