Dəm qazı yenə də insan ölümünə səbəb olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağsu rayon sakini Zöhrab Şirinov Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, Gəncə şəhərində də dəm qazından zəhərlənmə faktı qeydə alınb. Gəncə sakini Çinarə Əliyeva dəm qazından zəhərlənib. Onu xəstəxanaya yerləşdiriblər.

Paytaxtda da dəm qazından zəhərlənmə 5 nəfər dəm qazından zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, dəm qazından zəhərlənmə faktları artır. Fövqəladə Hallar Nazirliyi tərəfindən əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.

Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür.
Mənbə
ANS PRESS