Teleaparıcı Kseniya Sobçak Rusiyanı tərk edib.

Axşam.az-ın məlumatına görə, bu barədə jurnalistə yaxın mənbələrdən biri “Kommersant” qəzetinə danışıb. Kseniyanın vətənini tərk etməsinə siyasətçi Boris Nemtsovun qətlindən sonra ona edilən təhdidlər səbəb göstərilir.

İddiaya görə, Sobçak cümə günü dostları ilə birlikdə şam yeməyində ölkəni tərk edəcəyini deyib. Yaxınları onun bu addımı xüsusi xidmət orqanlarının məsləhəti ilə atdığını söyləyiblər.

Xatırladaq ki, Boris Nemtsovun dəfnindən sonra teleaparıcı ünvanına tez-tez təhdidlər səsləndiyini və naməlum şəxsin ona “növbəti qurban” olacağını dediyini açıqlamışdı.

Bundan başqa, Rusiya prezidenti Vladimir Putinə təqdim olunan “növbəti güllələnəcək şəxslər” siyahısında Kseniya Sobçakın da adının keçdiyi iddia edilirdi.

Kseniya Sobçak ölkəni tərk etməsi ilə bağlı heç bir açıqlama verməyib.