Tələbkar Rusiya tamaşaçısı Murtuza Bülbülün debütünü alqış və gül-çiçəklə qarşıladı
Moskva, 16 mart, AZƏRTAC
Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı Moskva Dövlət Konservatoriyasının məşhur orkestrinin ifasında səslənib. Dirijor pultu arxasında isə 13 yaşlı Murtuza Bülbül dayanıb.
Bununla da, Moskva Konservatoriyasının əfsanəvi səhnəsi Bülbüllər nəslinin artıq üçüncü nümayəndəsini qəbul edib. Hələ ötən əsrin ortalarında dahi Bülbül bu səhnədən öz şahanə ifası ilə milyonlara “Vətənimdir” demişdi. Konservatoriyanın qocaman əməkdaşları Azərbaycan opera sənətinin banilərindən biri, unudulmaz sənətkarımız Bülbülün Rusiya paytaxtına səfərlərini, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında çıxışlarını məmnunluqla xatırlayırlar. Elə Bülbüllər nəslinin ikinci nümayəndəsi, Azərbaycanın xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu da oğlu Murtuzanın dirijorluğu ilə Moskva Konservatoriyası orkestrinin müşayiəti altında “Gəl ey səhər!” mahnısını ifa etməzdən əvvəl çıxışında belə dedi: “Bu salonda dünyanın ən məşhur musiqiçiləri çıxış ediblər. Odur ki, burada olmaq, bu səhnədən çıxış etmək həm qürurverici, həm də məsuliyyətlidir”.
Konsertin aparıcısı, “İncəsənətə xidmətə görə” ordeninin sahibi, tanınmış dirijor Vyaçeslav Valeyev AZƏRTAC-ın müxbirinə deyib ki, artıq bir neçə ildir konservatoriyada uşaqlar üçün əyləncəli, eyni zamanda, maarifləndirici proqramlar hazırlanır. Səhnəyə gənc musiqiçilərlə yanaşı, ustadlar da çıxırlar. Belə ustadlardan biri də yüksək səviyyəli peşəkar, gözəl musiqi təhsili, musiqi duyumu, musiqi təfəkkürü olan Polad Bülbüloğludur”.
Murtuza Bülbüllə ilk tanışlığından söhbət açan dirijor dedi: “Murtuzanı ilk dəfə mənim yanıma anası Gülnarə xanım gətirib. Biz Polad Bülbüloğlu ilə uzun müddətdir əməkdaşlıq edirik. Gülnarə xanım isə 70 illik yubileyi münasibətilə oğlunun adından ona hədiyyə etməyi qərara almışdı. Mən də bu təşəbbüsə qoşuldum. Bakıda yubiley konserti zamanı Murtuza ilk dəfə dirijor kimi səhnəyə çıxanda atası gözlərinə inana bilmirdi. Bu gün də 13 yaşlı Murtuza Azərbaycan bəstəkarlarının əsərlərindən xüsusi olaraq onun üçün hazırlanmış proqramla konservatoriyanın səhnəsinə çıxdı. Musiqi aləmində müşayiətə dirijorluq etmək xüsusi ustalıq tələb edir. Murtuza bunu bacardı, çünki xasiyyətcə mübarizdir və onunla işləmək olduqca xoşdur”.
Mutuza da öz çıxışından razı qalmışdı. Nə salonun şan-şöhrəti onu sıxmışdı, nə də tamaşaçıların çoxluğu. Ancaq “bundan da yaxşı ola bilərdi” dedi: “Atamı müşayiət etmək olduqca rahatdır. O, dirijorun işini dəfələrlə asanlaşdırır. “Gəl ey səhər!” mahnısını hələ lap balacalıqdan çox eşitmişəm. Odur ki, bu günkü çıxışım heç də çətin olmadı, ancaq bundan da yaxşı ola bilərdi”.
Tələbkar Rusiya tamaşaçısı da Murtuzanın debütünü alqış və gül-çiçəklə qarşıladı. Moskva Konservatoriyasının səhnəsindən çox musiqiçilər sənətə vəsiqə alıb. Bu gün isə daha bir yeni Azərbaycan ulduzu parlamaqdadır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35