Sabah dünyanın müxtəlif ölkələrində irlandların ən məşhur bayramı sayılan Müqəddəs Patrik Günü qeyd olunacaq.
Britaniya paytaxtı London da bu günə hazırlaşır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sabah Trafalqar Meydanında başlanacaq bayram yürüşündə ən azı 150 min insanın iştirakı gözlənilir.
Bayrama hazırlıq dünəndən başlanıb və London küçələrində artıq sevincli insanların keçidi başlanıb.
 
Sabahkı yürüşdə İrlandiyanın 32 əyalətinin hamısının təmsilçiləri olacaqlar.
 
Milli.Az