Aktrisa İrina Bezrukovanın aktyor İqor Livanovla nikahından olan 25 yaşlı oğlu Andrey Moskvadakı mənzilində ölü tapılıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərhum bir neçə gündür heç bir telefon zənginə və mesajlara cavab verməyib. Gənc aktyorun işlədiyi Moskva Quberniya Teatrından bildirilib ki, Andrey işə də getmirmiş.

Ezamiyyətdə olan İrina Bezrukova ilə aktyor həyat yoldaşı Sergey Bezrukov A.Livanovla əlaqə saxlaya bilmədikdə evə adam göndərməli olublar. Qapısı sındırılan mənzildə Andreyin cəsədi ilə üzləşiblər.

Meyidin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İqor Livanov diabet xəstəsi olan oğlunun qanda şəkərin miqdarının artması nəticəsində öldüyünü bildirib.

Qeyd edək ki, İrina Bezrukova Andreyin 11 yaşı olanda İqor Livanovdan ayrılaraq Sergey Bezrukovla ailə qurub.