Bakı. 16 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0% artaraq 5,9 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, onun hər nəfərə düşən həcmi 618,0 manat və ya ayda orta hesabla 309,0 manat olub.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,3 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,3% çox vəsait qalıb.
Yanvar ayı ərzində muzdla isləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təskil edib.