Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranların birindən çıxarkən obyektivlərə tuş gələn cütlük şəkillərinin çəkildiyini görüncə təəccüblənib. Həyat yoldaşından aralanıb yolunu dəyişdirən Ebru jurnalistlərdən “Bizi necə tapdınız?”, - deyə soruşub.
3 nəfər cangüdənin müşayiəti ilə Gündeşlə Zərrab avtomobillərinə minərək oradan uzaqlaşıblar.





