Bakı, 16 mart, AZƏRTAC
Martın 17-də Rəşid Behbudov adına Mahnı Teatrında Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar 2 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş konsert proqramında Vaqifsayağı kompozisiyalar, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ələkbər Tağıyev, Faiq Sücəddinov, İlham Abdullayev və dünya caz bəstəkarlarının əsərləri ifa olunacaq.