Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək müğənninin adı açıqlanıb
İTV-nin daxili seçiminin ardından Eurovision 2015 təmsilçisinin “Hour of the Wolf” mahnısı ilə Elnur Hüseynov olduğu açıqlanıb. Elnur müsabiqəyə və Eurovision ailəsinə yad deyil. 2008-ci ildə o, Elnur və Samir duetinin tərkibində Azərbaycanın Eurovision müsabiqəsindəki ilk təmsilçilərindən biri olub. Həmin il bu duet “Day After Day” adlı mahnı ilə finalda səkkizinci yerə yüksəlib. Bu ilki müsabiqədə isə Elnur “Hour of the Wolf” mahnısı ilə bir peşəkar müğənni olaraq öz istedadını nümayiş etdirmək imkanını əldə edir.
“Eurovision 2015 özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”, - deyir Elnur.
Eurovision 2008-dən sonra Elnur öz musiqi karyerasının üzərində səylə çalışıb. O, bu müddət ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub. Elnur, həmçinin, məşhur “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa edib.
2015-ci il fevral ayının 18-də Elnur beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi oldu. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində bir rekorda imza ataraq bir milyondan çox səs toplayıb.
Bu il msyın 21-də Elnur Hüseynov Eurovision Mahnı Müsabiqəsi 2015-in ikinci yarım-finalında Azərbaycanı “Hour of the Wolf” müasir balladası ilə təmsil edəcək.
Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində uğurla debüt edib, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlib. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35