Elnur yenidən Eurovisionda
Dünyanın ən məşhur mahnı müsabiqəsində Elnur Hüseynovun ifa edəcəyi mistik və müasir ballada isə “Hour of the Wolf” adlanır.
İTV-nin daxili seçiminin ardından Eurovision 2015 təmsilçisinin “Hour of the Wolf” mahnısı ilə Elnur Hüseynov olduğu açıqlanıb. Elnur müsabiqəyə və Eurovision ailəsinə yad deyil. 2008-ci ildə o, Elnur və Samir duetinin tərkibində Azərbaycanın Eurovision müsabiqəsindəki ilk təmsilçilərindən biri olmuşdur. Həmin il bu duet “Day After Day” adlı mahnı ilə finalda səkkizinci yerə yüksəlmişdir. Bu ilki müsabiqədə isə Elnur “Hour of the Wolf” mahnısı ilə bir peşəkar müğənni olaraq öz istedadını nümayiş etdirmək imkanını əldə edir.
“Eurovision 2015 özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm,” deyir Elnur.
Eurovision 2008-dən sonra Elnur öz musiqi karyerasının üzərində səylə çalışmışdır. O, bu müddət ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olmuşdur. Elnur, həmçinin, məşhur “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa etmişdir.
2015-ci il fevral ayının 18-də Elnur beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi oldu. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində bir rekorda imza ataraq bir milyondan çox səs topladı.
21 may tarixində Elnur Hüseynov Eurovision Mahnı Müsabiqəsi 2015-in ikinci yarım-finalında Azərbaycanı “Hour of the Wolf” müasir balladası ilə təmsil edəcək.
Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində uğurla debüt etmiş, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlmişdir. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi etmişdi. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10