Cenevrə avtosalonunda Audi stendinin əsas hissəsini əlbəttə təzə R8 modelləri tutur. Bunlar V10 versiyası, daha güclü V10 Plus, nəhayət seriyayadək gəlib çıxmış elektrik e-tron və LMS GT3 yarış maşınıdır. Dörd maşında 30 silindr və 2200 at gücü toplanıb.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni nəsil R8 bundan sonra ancaq 10 silindrli 5,2 litrlik mühərriklə təchiz ediləcək. Baza versiyasında bu mühərrik 540 a.g və 540 Nm fırlanma anı hasil edir. Bu isə avtomobilin 3,5 saniyədə 0-100 km/saat sürətlənməsinə və maksimum 320 km/saat sürətlə hərəkət etməsinə imkan verir.
 
Milli.Az