Bakı, 15 mart, AZƏRTAC
IV Beynəlxalq “Muğam dünyası” festivalı çərçivəsində martın 14-də Bakı Caz Mərkəzində bir çox müsabiqələrin laureatı Arslan Növrəslinin və onun qrupunun konserti olub.
AZƏRTAC xəbər verir ki, gecədə musiqiçilərin ifasında populyar kompozisiyalar səsləndirilib. Arslan Növrəslinin və onun qrupunun çıxışı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tanınmış tarzən Arslan Növrəsli Moskvada, Sankt-Peterburqda, Brüsseldə, Londonda, Parisdə, İstanbulda və dünyanın bir çox digər şəhərlərində qastrollarda olub.