Bakı, 14 mart, AZƏRTAC
Misirdə yeni paytaxt yaradılacaq. Bu şəhərin layihəsi artıq ictimaiyyətə təqdim olunub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yeni şəhərin Qahirədən 45 kilometr şərqdə, səhralıqda salınması planlaşdırılır. Misirin administrativ mərkəzinin dəyişdirilməsinə əsas səbəb kimi hazırkı paytaxtın həddən artıq məskunlaşdırılması göstərilir. Afrikanın ən iri meqapolisi sayılan Qahirədə 20 milyondan artıq insan yaşayır.
Layihənin ilk növbəsinin dəyəri 45 milyard dollar həcmində qiymətləndirilir. Onun reallaşdırılması isə yeddi il vaxt aparacaq. Ölkənin bütün nazirlikləri gələcək paytaxtın ərazisinə köçürülməlidir. Misir rəhbərliyi, həmçinin yeni şəhərdə dünyanın ən böyük parkının tikiləcəyini də vəd edir.