Əməkdar artist Tünzalə Ağayeva geyimlərini hərraca çıxaracaq.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Star life" verilişində xəbər verib:

"İndi Gülnarə Xəlilovanın kolleksiyasından istifadə edirəm. Bir müddətdən sonra qarderobumda yığılıb qalan bəzi geyimlərimi hərraca çıxaracam. Belə bir fikrim var. Bunu xeyriyyə məqsədiylə edəcəm. Burada eynəklər, əlcəklər, aksessuarlar, geyimlər ola bilər".