Bakı, 14 mart, AZƏRTAC
Auditorlar Palatasında “265 saylı BAS: Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetmə səlahiyyətlərinə malik şəxslərə və rəhbərliyə bildirilməsi” və “300 saylı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması” mövzularında seminar keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışıb, bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində diqqətə çatdırılacağını qeyd edib.
Seminarda “265 saylı BAS: Daxili nəzarətlə bağlı çatışmazlıqların idarəetmə səlahiyyətlərinə malik şəxslərə və rəhbərliyə bildirilməsi” və “300 saylı BAS: Maliyyə hesabatlarının auditinin planlaşdırılması” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.
Növbəti seminar martın 31-də Auditorlar Palatasında keçiriləcək.