Bakı, 14 mart, AZƏRTAC
Yanvar-fevral aylarında ölkədə istehsal olunan sənaye məhsulunun 59,9 faizi mədənçıxarma bölməsinə aid olub. Ötən dövrdə mədənçıxarma bölməsində məhsul istehsalı 5,4 faiz, o cümlədən neft hasilatı 1,6 faiz, əmtəəlik qaz hasilatı isə 10,5 faiz artıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.