Ən ucuz qiymətlər... (FOTO, VİDEO)
ANS PRESS olaraq Yasamal rayonunda təşkil olunan yeni yarmarkada olduq. Burada ilk nəzərimizi cəlb edən alıcıların çoxluğu və yarmarkada milli musiqilərimizin səsləndirilməsi oldu.
Yarmarkada satılan məhsullara gəlincə, Yasamal rayon İcra Hakimiyyətindən bildirdilər ki, buraya ancaq fermerlər buraxılır. Yəni burada satılan kənd təsərrüfatı məhsulları birbaşa fermerlər tərəfindən gətirilir və alıcıya təqdim olunur. Satış qiymətləri isə adi bazarlardan ucuzdur. Bu səbəbdən də, yarmarkanın girəcəyinə “Ən ucuz qiymətlərlə xidmətinizdəyik” kimi şuar da yazılıb.
Həqiqətən də buradakı qiymətlərin ucuz olub-olmamasını araşdırmaq üçün yarmarkaya daxil olduq. Qiymətlərlə maraqlandıq. Məlum oldu ki, burada qoz ləpəsinin kiloqramı 12, fındıq ləpəsinin kiloqramı 14-15 manatadır. Badam 15, kişmiş 6, 7, 8 manata, şabalıd 6, 7 manata, turşu 4, 5, 7 manata satılırdı. Bundan başqa, qoyun əti 5 manat 50 qəpiyə, mal əti isə 5 manata satılırdı. Sümüksüz mal ətinin kiloqramı isə 6 manata idi.
Ötən illərə nisbətən bu ilki yarmarkada nəzərə çarpar məsələlərdən biri də, buradakı təmizlikdir. Bu ilki yarmarkada təmizliklə bağlı vəziyyət nisbətən ürəkaçan idi. Elə satılan məhsulların keyfiyyəti də pis deyildi.
Yarmarkada alıcıların çoxluğu isə ilk baxışdan bazar üçün ərazinin nisbətən kiçik olmasını düşünməyə əsas verirdi. Burada tərpənməyə imkan yox idi.
Yarmarkada olarkən kənd təsərrüfatı naziri Heydər Əsədov da ora təşrif buyurdu. Nazirlə birlikdə yarmarkanı gəzdik. Nazir baxış zamanı satılan bəzi məhsulların qablaşdırılması və etiket vurulmasından narazılığını bildirdi.
“Kənd təsərrüfatı məhsulların qablaşdırılması və markalanması olmalıdır. Həmçinin yarmarkada satılan balların da qablaşdırılmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı müvafiq işlər görməyi planlaşdırır", - deyə Heydər Əsədov bildirdi.
Yarmarkaya baxış zamanı alıcılardan bəziləri nazirə iradlarını bildirdilər. Səslənən iradlar arasında məhsulların qiymətinin baha olması, yarmarkaların sadəcə gözdən pərdə olaraq təşkil olunması kimi fikirlər vardı.
Heydər Əsədov ANS PRES-ə alıcıların səsləndirdiyi iradlara bağlı münasibət bildirərkən vurğuladı ki, əslində bu psixoloji məsələdir. Nazirin sözlərinə görə, əslində insanların düşüncəsində “yarmarkalar sadəcə gözdən pərdə asmaq üçün təşkil olunur” kimi fikirlər var.
“Müşahidə edirik ki, təşkil etdiyimiz yarmarkalarda alıcılar çoxdur. İstər Xətai rayonunda, istər Binəqədi rayonunda, istərsə də, buradakı yarmarkalarda alıcılar gözlənildiyindən də çoxdur. Əgər diqqət yetirirsinizsə, bura gələnlərin hamısı da, çoxlu məhsul alıb. Əgər burada qiymətlər yüksək olsaydı, gələn də olmazdı, mal alan da. Təbii ki, burada satılan məhsullar havayı verilmir. Müəyyən dəyərləri var. Biz fermerlərə deyə bilmərik ki, mallarınızı pulsuz verin. Yarmarkaların təşkil olunmasında məqsəd, məhsulların istehsalçı tərəfindnə birbaşa bazara çıxarılmasıdır. Bu zaman qiymətlərdə ucuzluq olar”, - deyə Heydər Əsədov bildirdi.
Qeyd edək ki, yarmarkada narazı alıcılarla bərabər, qiymətlərin başqa bazarlara nisbətən ucuz olmasından razılıq bildirənlər də vardı. Satıcılar isə yarmarkaların təşkil olunmasında razılıqlarını bildirirdilər.
Qeyd edək ki, paytaxtın bəzi rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir:
Xətai rayonu (2 ünvanda) -Ukrayna dairəsinin yanı;
-Bakı kinoteatrının yanı;
Nəsimi rayonu -S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu -Akim Abbasov küçəsi, İran klinikasının yanı;
Nərimanov rayonu -Gənclik metrosunun yanı;
Səbail rayonu -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu (2 ünvanda) -Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı
-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51