"Martın sonuna qədər İranla nüvə proqramı üzrə yekun razılaşma əldə etmək olar".

ANS PRESS-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri söyləyib.

O bildirib ki, "altılıq" yeni irəliləyişə nail olub. "Biz ayın sonuna İran qədər son sazişi gözləyə bilərik", - deyə C.Kerri vurğulayıb.

ABŞ dövlət katibi Con Kerri həmçinin əlavə edib ki, hələlik müəyyən boşluqlar var.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatlar prezidenti Barak Obama məqbul razılaşma əldə olunmayacağı təqdirdə İran ilə nüvə proqramı üzrə danışıqları dayandıracaqlarını açıqlamışdı.

Obama qeyd etmişdi ki, İran danışıqlara ciddi yanaşır və bir sıra ziddiyətli məqamları aradan qaldırmaq mümkün olub, lakin fikir ayrılığı qalmaqdadır.
Mənbə
ANS PRESS