TTV (Region TV) xəbər verir ki, bayramın yaxınlaşması ilə əlaqədar bölgələrə gediş-gəliş artıb.

Tovuz Dəmiryol Stansiyasından bildirirlər ki, sərnişin axınını nəzərə alaraq xəttə əlavə qatarlar qoşulub. Bu, növbəti günlərdə gözlənilən sıxlığı aradan qaldırmağa hesablanıb. Böyük Kəsik - Bakı xətti üzrə 3 əlavə qatar relsə buraxılıb. Bundan əlavə, Qazax-Ağstafa-Bakı və Tbilisi-Bakı xətti üzrə hərəkət edən qatarların hər birinə 2 əlavə vaqon qoşulub. Vağzalın kassasından da əmin edirlər ki, bayram günlərində bilet çatışmazlığı olmayacaq. Stansiyadan bildirilir ki, əgər sərnişin artımı nəzərdə tutulduğundan daha çox olsa, xəttə çıxan qatarlara daha bir neçə vaqonun da əlavə edilməsi nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото