Bakı, 14 mart, AZƏRTAC
Argentina hökuməti 20 il əvvəl baş vermiş terror hadisəsinin aktının təhqiqatı ilə əlaqədar bütün sənədlər üzərindən məxfiliyin götürülməsi barədə qərar qəbul edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, 1994-cü ildə Buenos-Ayres şəhərində yəhudi icmasına məxsus binada törədilmiş terror aktı nəticəsində 85 nəfər həlak olmuşdu.
Sənədlər Argentina rəhbərliyini terrorçuları himayə etməkdə təqsirləndirən prokuror Alberto Nissmanın ölümündən sonra istintaqın tələbi ilə açıqlanıb.
Xatırladaq ki, Alberto Nissman bu il yanvarın 19-da mənzilində ölmüş vəziyyətdə tapılmışdı. Onun intihar etdiyi, yoxsa öldürüldüyü ilə bağlı mübahisələr həmin vaxtdan bəri səngimək bilmir.