Paytaxtda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs saxlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən “Murad Petrol” yanacaqdoldurma məntəqəsinə “Mercedes” markalı avtomobildə gəlmiş Bakı şəhər sakini Orxan Məmmədov və onun sərnişini, Yevlax şəhər sakini Müşfiq Hüseynov yanacaq doldurduqdan sonra növbə rəisi Rac Dadaşova 1 ədəd 10 manatlıq saxta əskinas verib. O, hadisə yerindən gedərkən həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 28-ci PB-yə təhvil verilib.