Lalə, zamabaq bağçaları, gilas ağacları, yamyaşıl çəmənlər... Bahar həlir. ANS PRESS baharda təbiətin gözəlliklərini görmək üüçün Avropanın ən maraqlı məkanını təqdim edir.

1- Hollandiya- Keukenhof
Rəngarəng çiçəkləri ilə məşhur olan Hollandiyanın Lisse şəhərinin yaxınlığındadır. Burada dünyanın ən böyük lalə, zambaq baxçaları var. Mart ayının 20-dən etibarən qapılarını açır. Ziyarət mövsümü mayın 17-dək davam edir.

2- Belçika - Hallerbos
Bu meşələr Keukenhofun əsas rəqibidir. Aprel ayından yabanı bənövşələr açılır. Gözəl mənzərə may ayına qədər davam edir.

3- İspaniya - Kakeres
Orta əsrlərin izlərini ən yaxşı saxlayan şəhərdir. mart ayının ortasından çiçək açan gilas ağacları ilə məşhurdur. İki həftə vaxtınız var.

4- İtaliya - Florensiya
Aprel ayından Avropanın mədəniyyət paytaxtı sayılan şəhər turistlərlə dolur.

5- Fransa - Nitsa
Bu şəhər hər zaman gözəldir. Amma martın sonu, aprelin əvəlli ən gözəl vaxtdır.








Mənbə
ANS PRESS