Qalmaqallı müğənni Mayli Sayrus sevgilisi ilə münasibətlərinə "aydınlıq gətirəcək".

ANS PRESS-in məlumatına görə, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarseneqerin oğlu Patriklə sevgili olan məşhur müğənni Mayli Sayrus evliliyə hazırlaşır.

Cütlüyün bir neçə ay sonra münasibətlərini rəsmiləşdirmək fikrində olduğu barədə dostları ilə danışıqlar apardığı deyilir.

Dostlarının sözlərinə görə, bir-birinə dəlicə aşiq olan cütlük qısa zamanda evlənməyə can atırlar.

Onu da qeyd edək ki, “Terminator” rolu ilə hamı tərəfindən tanınan aktyor Arnold Şvarseneqer oğlunun müğənni ilə münasibətini yaxşı qarşılamadığı üçün onu varislikdən çıxarıb.





Mənbə
ANS PRESS