ABŞ prezidentinin xanımı Mişel Obama Elen Dedjeneresin ənənəvi tok-şousunda iştirak edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Associated Press bildirib.

Birinci ledi proqramda musiqiçi Bruno Marsanın və Mark Ronsonun məşhur "Uptown Funk" kompozisiyasının sədaları altında rəqs edib.

Mişel Obama özünü "Gəlin hərəkət edək" proqramının ildönümünü qeyd etmək üçün şouda iştirak edib.

O həmçinin proqram çərçivəsində özünün və köməkçilərinin eyni kompozisiyanın sədaları altında Pasxa münasibətilə Ağ Ev qarşısında rəqs edəcəyini bildirib.

Mənbə
ANS PRESS