Salyan, 14 mart, Mahir Babayev, AZƏRTAC 
Salyanın Peyk kənd tam orta məktəbi üçün inşa olunan 220 yerlik yeni korpusun açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimində ölkəmizdə təhsilə dövlət qayğısı  və bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrindən ətraflı danışılıb.
Bildirilib ki, hazırda rayonun  Kürqaraqaşlı , Qarabağlı kəndlərində və Babazanlı yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hər biri 100 yerlik olmaqla yeni uşaq bağçalarının tikintisi davam edir.
Bildirilib ki, bu il rayonun 5 kəndində yeni məktəb binasının tikintisi ,16 məktəbin isə əsaslı təmiri  planlaşdırılır.
Müəllimlər ,sakinlər gələcəyin qurucuları olan uşaqlara göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları  yeni inventar və avadanlıqla təchiz edilən  korpusda yaradılan şəraitlə tanış olublar.