Şamaxı, 13 mart, AZƏRTAC
Xalq Artisti Gülyanaq Məmmədova və tələbələri Şamaxıda konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən IV Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunub.
“Bayatı Şiraz” və “Şur” dəstgahına həsr olunan konsertdə ifa edilən qəzəllər və bir çox təsniflər muğamsevərlərdə xoş təəssürat yaradıb.