Uludağ, 13 mart, AZƏRTAC
Türkiyənin Uludağ Qış Turizm Kompleksində Uludağ İqtisadiyyat Zirvəsi işə başlayıb.
Zirvədə Türkiyənin hökumət nümayəndələri, ayrı-ayrı ölkələri təmsil edən tanınmış iqtisadçılar, böyük şirkətlərin rəhbərləri, media mənsubları təmsil olunurlar.
Tədbirin açılışında Türkiyə Baş nazirinin müavini Əli Babacan, təşkilat komitəsi adından Rauf Atəş, Bura Koçak və başqaları çıxış ediblər.
İki gün davam edəcək Zirvədə iqtisadiyyatın düzgün idarə olunması, istehsal məhsullarının dünya bazarındakı yerinin qorunması, maliyyə böhranının qarşısının alınması, böhranlardan çıxış yollarına dair müzakirələr aparılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Uludağ