Şəhər sakinləri dörd uçan naməlum obyekt gördüklərini bildirirlər
Dünən axşam Sumqayıt səmasında uçan naməlum obyektlər (UNO) görünüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Sumqayıt sakinləri bildiriblər ki, səmada 4 uçan naməlum obyekt görüblər.

Hacı Zeynalabidin Tağıyev qəsəbəsində UNO-ları daha aydın seyr etdiyini deyən oxucularımızdan biri naməlum obyektləri 2-3 dəqiqə müşahidə etdiyini bildirib.

Oxucular tərəfindən bizə təqdim olunan görüntülərdə sakinlərin UNO görüb-görmədiyini dəqiq demək çətin olsa da, həmin görüntüləri sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото