Məşhur Rusiya jurnalisti və televiziya aparıcısı Otar Kuşanaşvilinin qardaşının meyiti tapılıb.

ANS PRESS-in məlumatına görə, jurnalistin qardaşı Romanın meyiti Moskvada Kuşanaşvilinin mənzilində tapılıb.

İstintaqın ilkin versiyasına əsasən, Roman narkotikdən həddən artıq böyük dozada istifadə etdiyi üçün ölüb.

Otar Kuşanaşvili öz növbəsində böyük qardaşının öldürülməsini istisna etmir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Mənbə
ANS PRESS