“O olmasın, bu olsun” yeni quruluşda onuncu dəfə nümayiş olunacaq
Bakı, 13 mart, AZƏRTAC
Martın 15-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası yeni quruluşda onuncu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməkdar artist Şövqi Hüseynov növbəti dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq. Ş.Hüseynov məhz bu obrazın uğurlu ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb. Onun yaratdığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb.
Bu barədə danışan aktyor deyir: “Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə “Zirvə” mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içərisindəyəm. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə, ustadım, tamaşanın rejissoru Cənnət xanım Səlimovaya minnətdarlığımı bildirirəm”.
“O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada tanınmış gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51