Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev konfransda çıxış edərək bildirib ki, partiyanın sıralarında gənclər böyük üstünlük təşkil edir və yeni üzv olanların əksəriyyəti gənclərdən ibarətdir. Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşmasına xüsusi diqqət yetirib. Bu siyasət bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Alışov ötən konfransdan keçən müddət ərzində Birliyin fəaliyyəti barədə məlumat verib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. V.Rəhimzadə xüsusi olaraq vurğulayıb ki, YAP öz sıralarında 650 minə yaxın üzvü birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilə bilib. Partiyanın sıralarında yüksək intellektual potensiallı gənclər üstünlük təşkil edir.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov ölkəmizin son illərdə sürətli inkişafından, qazandığı uğurlardan geniş söhbət açıb.
Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərdiklərini, müasir düşüncə tərzi, yeni texnologiyalardan istifadə sahəsində intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfə verdiklərini diqqətə çatdırıb.
YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov görülən işləri qənaətbəxş hesab edərək, YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətlərində ölkənin, o cümlədən rayonun ictimai-siyasi həyatında daha fəal iştirak etmələrini tövsiyə edib.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06