2003-cü ilin 15 yanvarından "Bu bir mafiya serialıdır" sloqanıyla başlayan "Kurtlar Vadisi" finala yaxınlaşır.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, 12 ildir reytinqlərdə zirvədə olan serialın bu axşam 250-ci seriyası təqdim olunacaq. Bu mövsümün sonunda isə serialın ekranlara vida edəcəyi xəbəri yayılıb.

Əfsanəvi dizinin sona çatmasıyla bağlı detallar yaxın günlərdə açıqlanacaq.