Bakı, 12 mart, AZƏRTAC
ABŞ-ın “Apple” şirkəti bu ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üç "Apple Store” pərakəndə satış şəbəkəsi açmağı planlaşdırır. Mağazaların ikisi Dubayda, biri paytaxt Əbu-Dabidə istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, “Apple” BƏƏ-də mağazaların açılması ilə bağlı rəsmi bəyanat verməsə də, qeyri-rəsmi məlumatlara görə, dünyanın ən böyük mağazası yaxın iki ay ərzində "Mall of the Emirates” ticarət mərkəzində açılacaq. Bildirilir ki, Dubaydakı yeni “Apple Store” böyüklüyünə görə Nyu-Yorkda yerləşən və ərazisi 2070 kv.m, ştatı 300 nəfər təşkil edən "Grand Central” mağazasını geridə qoyacaq.
İkinci mağaza Əbu-Dabidə "Yas Mall” ticarət mərkəzində, məşhur “Downtown Dubai” rayonunda istifadəyə veriləcək.