Vitse-prezident ölkəmizə gəlir
Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir müavini N.Səmədov İran İslam Respublikası ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
Səfir, öz növbəsində, nazirliklə intensiv əlaqələrin mövcudluğu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib. O, İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifərin 2-4 aprel 2015-ci il tarixində Bakıda keçiriləcək "AİTF" Beynəlxaq Turizm və Səyahətlər Sərgisində iştirakla bağlı ölkəmizə planlaşdırılan səfəri barədə N.Səmədova məlumat verib.
Öz növbəsində, nazir müavini ali qonağın Azərbaycana səfərinin yüksək səviyyədə təşkil ediləcəyini bildirib.
Həmçinin Qafqaz regionunun ən böyük turizm sərgisi olan və artıq 14-cü dəfə təşkil edilən AİTF sərgisi barədə səfirə geniş məlumat verilib, sərginin Azərbaycanda keçirilən 20-dən çox sərgi arasında reytinqcə 4-cü yerdə olduğu, sərgidə 36-dan artıq ölkənin iştirakının nəzərdə tutulduğu bildirilib.
Səfir M.Pakayin görüşə görə nazir müavini N.Səmədova təşəkkür edib, Azərbaycan-İran mədəni əlaqələrinin dinamik prosesisinin şahidi olduğundan məmnunluğunu ifadə edib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10