AŞPA təmsilçiləri məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olublar
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volter və Assambleyanın siyasi işlər və demokratiya departamentinin rəhbəri xanım Despina Şatzivasilyu martın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə məcburi köçkünlərə yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olublar.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AŞPA təmsilçiləri məhəllədəki 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbin sinif otaqlarında təlim-tədris üçün yaradılan şəraitdən məmnunluqlarını bildirib, məhəllədəki 280 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olaraq körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər.
Qonaqlar, həmçinin məcburi köçkün ailələrinin həyat tərzi ilə maraqlanıb, Zəngilandan məcburi köçkün Nurəddin Həsənovun mənzilində yaradılan şəraitlə tanış olublar. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən, işğal dövründə üzləşdikləri çətinliklərdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib. O, eyni zamanda, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, bu işğal nəticəsində rayonun təbii sərvətlərinin, maddi-mənəvi dəyərləri özündə əks etdirən tarixi abidələrinin talan edilməsindən, rayon əhalisinin həmin ağır günlərdə Araz çayını keçərək üzləşdikləri çətinliklərdən, bu gün dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.
Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən qonaqlar məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Bildiriblər ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına imkan yaradacaq ki, bunun üçün də bu məsələ ilə məşğul olan ölkələr və beynəlxalq qurumlar öz səylərini artırmalıdırlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51