Türkiyənin məşhur sənətçisi Erol Büyükburçun İstanbuldakı evində cəsədi tapılıb. Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, polis naməlum səbəbdən ölən 79 yaşlı ifaçının evində axtarışlara başlayıb. Qeyd edək ki, E.Büyükburç müğənniliklə yanaşı, bir sıra filmlərdə aktyor kimi də yer alıb.