Salyanda Tikinti Məcəlləsinin səmərəli tətbiqinin təmin edilməsi ilə bağlı zona müşavirəsi keçirilib
Salyan, 12 mart, Mahir Babayev, AZƏRTAC
Martın 12-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yeni Şəhərsalma və Tikinti Məcəlləsinin səmərəli tətbiqinin təmin edilməsi ilə bağlı Salyanda regional seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, şəhərsalma və Tikinti Məcəlləsində yeni əlavə və dəyişikliklər, onların səmərəli tətbiqi üçün yerli icra hakimiyyəti orqanları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması mövzusunda keçirilən seminar-müşavirədə Şirvan şəhəri, Salyan, Neftçala, Biləsuvar, Saatlı, İmişli, Sabirabad və Hacıqabul rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, baş memar və hüquqşünaslar iştirak ediblər.
Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikintidə vahid pəncərə prinsipi, avtomobil yolları və digər layihələrin ekspertizası, tikinti işlərinin dayandırılması, obyektlərin sökülməsi, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan digər bölmələr barədə ətraflı məlumat verib.
Həmçinin nazirliyin mütəxəssisləri iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurları haqqında məlumatları çatdırıb. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq.
Tədbirdə yerli icra orqanları nümayəndələrinin yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı sualları cavablandırılıb.
Sonda iştirakçılara hüquqi-normativ sənədlər, məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51