Çində bir şəxsin maşının başına gələnləri görənlər şoka düşüblər. ANS PRESS-in məlumatına görə, maşına yaxınlaşan şəxs də gözlərinə inana bilməyib. Bir az özünə gələn kişi dərhal telefonu ilə baş verənləri çəkməyə başlayıb.

Belə ki, sahibsiz itlər parinqdəki maşına hücum ediblər. Ac itlər maşının ön hissəsini gəmirərək parçalayıblar.

Kişi qorxudan maşınına yaxınlaşa belə bilməyib və baş verənləri uzaqdan izləyəməyə məcbur olub.

İtlərin nə üçün belə etdikləri bilinməsə də, onlar maşına böyük ziyan vurublar.

Bənzər hadisə ABŞ-da da baş vermişdi. İnsanların qorxulu röyası olan və dünyada ən güclü çənəyə sahib pitbullar bir yük maşının ön hissəsini dağıtmışdılar. Onlar qaçaraq maşının kapotunun altına daxil olan balaca bir pişiyi yaxalamaq üçün belə etmişdilər.







Mənbə
ANS PRESS