[ 12 Mart 2015 14:03 ]



Bakı. Ağa Cəfərli - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Sloveniya Respublikasının prezidenti, parlamentin sədri, müdafiə naziri və bir sıra digər şəxslərlə görüşlərin keçirilməsi planlaşdırılır.

 

Səfər martın 14-dək davam edəcək.