Bakıda bir nəfərin ölümü, bir nəfərin xəsarət almasına səbəb olan sürücü qadın tutulub
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “QAZ-2752-104” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Milli.Az